Livandan İsrail ərazisinə raket zərbələri endirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl Livan ərazisindən İsrailin şimal hissəsinə, Zarit bölgəsinə bir neçə atış qeydə alınıb.
Vurğulanıb ki, Livan ərazisinə cavab olaraq artilleriya atəşi açılıb.