Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopanrkotik.az-a verilən məlumata görə, ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.
Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.