Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
***11:17
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.