"Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar" - Erməni deputat

Ermənistan parlamentinin "Mülki müqavilə" fraksiyasının deputatı Akob Aslanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib. 

Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Erməni deputat "Qarabağ məsələsinin artıq həll olunduğunu" deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrova haqqında deyib:? "Lavrov xalqı gedib “Lavrov siyahılarını” qurutsun. Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq. Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar. Ermənistanla Rusiya arasında heç bir qədim dostluq yoxdur".