Fransa Prezidenti Emmanuel Makronun sözlərindən sonra Qərbin Ukraynaya qoşun yeritmək istəyi qeydə alınıb, qeyri-rəsmi olaraq onlar uzun müddətdir oradadırlar.
Stopnarkotik.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən III Diplomatiya Forumunda çıxışı zamanı deyib.
Qeyd edək ki, E.Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər. Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olmuşdu. Onlar E.Makronun dediklərini təkzib etmişdilər.