Latın Amerikasından qoca qitəyə uzanan Meksika-Ekvador–Avropa narkotik marşrutu

Latın Amerikasından Avropaya gedən narkotik marşutunun illər ərzində tam gücü ilə işlədiyi dünya KİV-lərində dəfələrlə səsləndirilib. Narkotrafik Meksika - Ekvador – Avropa marşrutu ilə təyinat nöqtəsinə uzanır.

Stopnarkotik.az bildirir ki, bu barədə Ekvadorun narkotiklərlə mübarizə şöbəsinin rəhbəri Pablo Ramires bildirir. Ramires bildirir ki, Kolumbiyada istehsal olunan kokainin 45%-i hazırda Ekvadordan keçir.

Meksika kartelləri istehsal etdikləri kokaini təyinat nöqtəsinə çatdırmaq üçün Kolumbiyalı partizan qruplarına pul ödəyirlər. Kolumbiyalı qruplar kokaini Ekvador ərazisinə daşıyırlar, daha sonra Ekvador bandalar kokaini dənizdəki limanlara və gəmilərə çatdırırlar, oradan isə Meksika kokaininin Avropaya səyahəti başlayır. Pul və sursatla “dişinə kimi” silahlanmış Ekvador quldur dəstələri Meksikalı kartellər adından vəkalət müharibəsi aparır. Bundan başqa da onlar öz aralarında hakimiyyət uğrunda mübarizə aparır, ölkəni Latın Amerikasının yeni qətl meydanına çevirirlər.

Avropanın ən güclü criminal qruplarından biri olan alban mafiyası da Ekvadorda axan qanı qızışdırır.

Kokain tədarük zəncirinin Ekvador ayağı Kolumbiyanın yaşıl tarlalarında başlayırsa, çox vaxt geniş Quayakil limanında bitir.

Kolumbiyada kokainin kiloqramı təxminən 1000 dollara başa gəlir. Ekvadora çatanda qiymət 3000 dollara qalxır. ABŞ-da isə kokainin kiloqramının hazırkı qiyməti təxminən 20.000 dollar, Avropada isə 40.000 dollara qədərdir.

Stopnarkotik.az