Kürdə azyaşlı oğlan batdı - YENİLƏNİB

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşaq batıb.

Stopnarkotik.az xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.

*** 17:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.