Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.
Bu barədə Stopnarkotik.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.