Küçədə iki başsız kişi meyiti tapıldı

Rusiyanın paytaxtı Moskva şəhərinin şimalında iki nəfər kişinin başsız meyitləri tapılıb.

Bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, cəsədlərdən biri ilk olaraq bu gün səhər “Reçnoy vokzal” parkında tapılıb. Digəri isə eyni xəsarətlərlə paytaxtın şimalındakı Festivalnaya küçəsindəki mənzildə tapılıb.

Məlumatda həmçinin deyilir ki, qətlə yetirilən hər iki şəxs Asiya mənşəlidir və müstəntiqlər bu qətllərin əlaqəli olub-olmadığını araşdırırlar.