Kremlin casus şəbəkəsi sanksiyalardan yayınaraq Avropa texnologiyalarını Rusiyaya qaçırır – “Financial Times”

ABŞ və Avropa İttifaqının kəşfiyyat xidməti 2022-ci ilin martında tətbiq edilən sanksiyalara baxmayaraq, FSB və Rusiya Müdafiə Nazirliyi üçün məxfi texnologiyalar əldə edən casus şəbəkəsini aşkarlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrində dərc olunan məqalədə bildirilir.

Nəşrin yazdığına görə, ABŞ Ədliyyə Departamenti hesab edir ki, FSB, Xarici Kəşfiyyat Xidməti və Müdafiə Nazirliyinin adından “son dərəcə məxfi satınalma fəaliyyətləri” işini Almaniya və Finlandiyada avadanlıq almağı bacaran ”Sernia Engineering" həyata keçirir.

Moskvanın şimalında qeydiyyatdan keçmiş ikinci şirkət - "Tradetools Trading House" də var ki, münaqişə başlayandan bəri Avropadan 900 min dollar dəyərində material, o cümlədən mikroçiplər və sənaye istehsalı üçün mallar alıb.

"Sernia Engineering" şəbəkəsinə aid olan və FSB ilə əlaqəli şəxsə - Rusiya vətəndaşı Aleksey Zibirova məxsus "Robin Trade" şirkətinin də adı bu məsələdə çəkilir.

Stopnarkotik.az