Kosmik turizm şirkəti “Space Perspective” insanları kosmosa daşıyacaq hava şarı layihəsini başa çatdıraraq, ilk sınaq uçuşunu həyata keçirib.
Stopnarkotik.az xəbər verir ki, 8 oturacaqlı nəqliyyat vasitəsi ilə səyahətlər rəsmi olaraq bu ilin sonunda başlayacaq.
Kosmos həvəskarlarını sevindirən səyahətin qiyməti bir nəfər üçün 125 min dollar müəyyən edilib. Sərnişinlər kapsul şəklində olan kosmik gəmidən Yeri 360 dərəcə şəklində seyr edə biləcəklər. Kapsulda bar, Wi-Fi və sərnişinlər üçün tualet olacaq.
Bildirilir ki, kosmik gəmi kosmosun kənarına gedəcək və Yer atmosferindən təxminən 29 kilometr yüksəklikdə dayanacaq. Səyahət müddətinin 6 saat təşkil edəcəyi deyilir./azpolitika.info