ABŞ Nümayəndələr Palatası respublikaçı Corc Santosun Konqresdən çıxarılmasına səs verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
O, 23 maddə üzrə bir sıra korrupsiya əməllərinrə ittiham olunur. Gənc konqresmenin əleyhinə 114 nəfər səs verib.
Corc Santos 2022-ci ilin payızında, 34 yaşında olarkən Nümayəndələr Palatasına seçilib. Dekabr ayında ona qarşı ilk ittihamlar ortaya çıxıb.
Corc Santos ABŞ tarixində Konqresdən qovulan Nümayəndələr Palatasının altıncı üzvü olub.
Corc Santosun gedişindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçıların sayı 221 nəfərə enib.