Kollec direktoru narkomaniyaya qarşı görülən tədbirlərdən danışdı – Vidadi Orucov: “Gənclərin bu bəladan xilas olmaları üçün...”

Son zamanlar bəşəriyyatin bəlasına çevrilən narkomaniya Azərbaycandan da yan keçməyib. Şübhəsiz, ölkəni cənginə almış bu problemin əsas qaynağı narkotik ticarətinin günbəgün “çiçəklənməsi”dir. Bu səbəbdən, narkotik tacirlərinə qarşı mütəmadi əməliyyatların keçirilməsi, hər gün onlarla narkotik alverçisinin həbsə atılması elə təəssürat yaradır ki, bu bəla tezliklə aradan qalxacaq. Yəni çoxları güman edir ki, davamlı mübarizə nəticəsində yaxın zamanda ölkəmizdə narkotik satışının kökü kəsiləcək, narkomaniya bataqlığına düşən valideynlərin ah-naləsi azalacaq. Amma çox təəssüflə qeyd edirik ki, reallıq tamamilə fərqlidir. Ən acınacaqlısı isə odur ki, artıq narkomaniya orta və ali təhsil ocaqlarına da “ayaq açıb”. Bəs, bu problemin qarşısını almaq üçün nə etməliyik? Bu və digər suallara Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, Pedaqogika elmləri doktoru Vidadi Orucovla söhbətləşdik.

Vidadi Orucov deyir ki, Sosial-İqtisadi Kollecdə narkomaniya ilə bağlı maarifləndirici silsilə tədbirlər, treninqlər, seminarlar keçirilir: “Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə narkomaniya ilə bağlı maarifləndirici silsilə tədbirlər, treninqlər, seminarlar keçirilir. Qruplar üzrə təlimlərdə “Narkotiklər haqqında həqiqət”, “Mən öz gələcəyimi seçirəm”, 802 qaynar xətti, “Ümid” Reablitasiya və digər mərkəzlər haqqında da geniş məlumat verilir”.

Kollec direktoru deyir ki, qrup təlimlərində narkomaniyanın insan sağlamlığına olan zərəri, onun sosial və psixoloji nəticələri geniş müzakirə olunur, tələbələrə suallar verməklə onların bu problem ilə bağlı fikirləri öyrənilir, gənclərin bu bəladan xilas olmaları üçün hansı yeni tədbirlərin və layihələrin keçirilməsi müzakirə olunur: ““Narkotiklərə yox deyək” adlı  təlimdə narkomaniya, onun törətdiyi fəsadlar, narkotiklərdən istifadə hallarının qarşısını almaq üçün görülən işlər, narkotik maddələrdən istifadə nəticəsində nələri itirirsən və s. haqqında slayd üzərində məlumat verilmişdir. Təlimə cəlb olunan kollecdəki könüllülər bu mövzuda aktiv iştirak etmiş və digər tələbələrin bu mövzu üzrə məlumatlandırılması üçün cəhd göstərmişilər”.

Vidadi Orucov onu da xatırlatdı ki, 22.06.2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə 26 iyun “Narkotiklərlə Beynəlxalq Mübarizə” günü ilə bağlı qiyabi şöbənin tələbələri ilə “Mən öz gələcəyimi seçirəm” adlı  seminar keçirilib: “Seminarda tələbələrə əsrin bəlası və problemi olan narkomaniya ilə bağlı məlumat verilmiş, nə üçün bu vasitələrdən istifadə etdikləri, istifadə nəticəsində hansı problemlərlə üzləşdikləri haqda suallara aydınlıq gətirilmiş, narkotiklərin insana vurduğu sosial, psixoloji və fiziki bəlalardan danışılmış,  tələbələr bu haqda məlumatlandırılmışdırılmışdır”.

Direktor dedi ki, o cümlədən, 28.11.2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə “Sosial iş” ixisası üzrə 708 saylı tələbələrlə “Narkomaniya, asılılıq halqası” adlı qup seminarı da keçirilib: ““Seminarda “Narkotik maddələrin istifadəsi”, “Nakotik maddələrin beyinə təsiri”, “Uzun müddət narkotik maddədən istifadə edən şəxsdə nələr baş verir” və s. suallar ətrafında tələbələrə məlumat verildi, istifadə nəticəsində hansı problemlərlə üzləşdikləri haqda suallara aydınlıq gətirildi. Bundan başqa narkotiklərin insana vurduğu sosial, psixoloji və fiziki bəlalardan danışıldı, tələbələr bu haqda məlumatlandırıldı.

Bundan başqa, seminar iştirakçılarına “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! 802 qaynar xətti və “Ümid” Reablitasiya Mərkəzi haqda geniş məlumat verildi. Bu mövzu üzrə tələbələr də öz fikirlərini bildirdilər”.

Fuad BİLƏSUVARLI

Stopnarkotik.az