Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Baş Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.
Qurumdan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.