Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.
Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.