Kiber üsüllarla kartlardan 93 min manat talayan şəxs tutuldu - FOTO

Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

Kiber üsüllarla kartlardan 93 min manat talayan şəxs saxlanılıb