Keçmiş polis rəisi kokain payladığına görə 19 il həbs cəzası aldı

Keçmiş polis rəisi kokain payladığına görə ABŞ-da 19 il həbs cəzası alıb. Söhbət Hondurasdan gedir. 

Stopnarkotik.az xəbər verir ki, Honduras Milli Polisinin keçmiş rəisi cümə axşamı ABŞ-a göndərilən kokain daşımalarını ört-basdır etdiyi təqsirli bilinərək 19 il həbs cəzasına məhkum edilib.

“El Tigre” yəni “Pələng” kimi tanınan 64 yaşlı Xuan Karlos Bonilla Valladares 2012-ci ildə bir il müddətinə Milli Polisin rəhbəri olana qədər onilliklər ərzində qurumun üzvü olub.

Prokurorlar təqdimat brifinqində bildiriblər ki, o, kütləvi satışla kokain alverinə imkan verməklə və narkotik ticarətinə şərait yaratmaq üçün qətl də daxil olmaqla zorakılıqdan istifadə etməklə hakimiyyətə gəlib. Onlar şəxsin 30 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Stopnarkotik.az