Keçmiş məhkumun oğurlayıb içdiyi viskilər başına bəla oldu

Bakıda məşhur marketlərdən özünə içmək üçün bahalı viskilər oğurlayan şəxsə hökm oxunub.

Stopnarkotik.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vidadi Qurbanov (ad-soyad şərtidir) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, V.Qurbanov ayrı-ayrı marketlərdən əvvəlcə yalnız “Hennessy VSOP” markalı konyaklar oğurlayıb ki, bunun da birinin qiyməti 158 manat olub.

Təqsirləndirilən şəxsin viski zövqü də eyni olub. Belə ki, o, fərqli-fərqli marketlərdən ancaq qiyməti 375 manat olan “X18 Oak 15 Yo” viskiləri oğurlayıb.

O, oğurladığı spirtli içkiləri gün ərzində hiss-hissə içdiyini deyib.

Qeyd edək ki, V.Qurbanov əvvəllər də məhkumluq həyatı yaşayıb.