Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən C.Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 30 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində qeydə alınıb.
Belə ki, C.Cəfərov dayanıqlı vəziyyətdə olan "Mersedes Sprinter" markalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı, zərərçəkmiş N.N.-in (ad, soyadı şərti) yanında əyləşib. Sonra o, qadının naməlum avtomobildən düşməsini bəhanə edib, bıçaqla zərərçəkmişə qəsdən zərbələr endirərək ona yüngül bədən xəsarəti yetirib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə C.Cəfərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. /pravda.az