Kanadada sosial mediaya yeni tələblər gəlir

Kanada sosial mediadan uşaqlara qarşı cinsi istifadə halları haqda məlumat verməyi tələb edəcək. Bu barədə "Bloomberq" xəbər verir. 

Kanada hökuməti gender əsaslı zorakılıq və uşaqlara qarşı onlayn cinayətlərə qarşı mübarizəni gücləndirməyə yönəlmiş qanunvericilik tətbiq edib. Qanunvericliyə edilən dəyişikliklərə görə bütün internet platformaları və tətbiqləri uşaq istismarı ilə bağlı materialları polisə bildirməlidir. Məlumatların saxlanma müddəti 12 aya qədər artırılıb.

Bundan başqa, cinsi saxtakarlıqların razılıqsız yayılması, uşaq cinsi şəkillərinin yayılması təhdidi və münasibətlərdə davranışın hədə-qorxu ilə idarə olunması üçün də cəzalar müəyyən edilib. Femisid və nifrət motivli qətllər birinci dərəcəli qətl kimi təsnif ediləcək. Məcburi minimum həbs cəzaları bərpa olunacaq.

Stopnarkotik.az