Kanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib

2015-ci ildən bəri kanadalı təlimatçılar 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib.

Stopnarkotik.az  xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib.

Nazir deyib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər. Bleyr əlavə edib ki, Ottava “lazım olana qədər Ukraynanı dəstəkləyəcək”.

Kanada Silahlı Qüvvələri 2015-ci ildən Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna ordusunun əsgər və zabitlərinə təlim keçir. Lakin 2022-ci ilin fevral ayının əvvəlində onlar öz hərbi təlimatçılarını digər Avropa ölkələrinə köçürmək qərarına gəliblər. 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo kanadalı təlimatçıların 2026-cı ilə qədər Ukrayna ordusu üçün təlimləri davam etdirəcəyini açıqlamışdı.