Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb.
1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünəməxsus VAZ-21014 markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib.
Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***09:50
Yevlaxda 29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov yanvarın 4-də avtomobili "VAZ 2107" ilə evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.