İsveçdə 5 ton narkotik müsadirə edilib

İsveçdə bu ilin yanvar-iyun aylarında bütün 2023-cü il ilə müqayisədə iki dəfə çox narkotik həb ələ keçirilib. Bunu İsveç Gömrük Xidmətinin yeni statistik məlumatları sübut edir.

Stopnarkotik.az xəbər verir ki, müsadirə olunan marixuana, kokain və amfetamin yağının həcmi də artır, heroin, amfetamin və həşişin müsadirəsi isə azalır. Ümumilikdə ilin birinci yarısında gömrük xidməti 5 ton narkotik müsadirə edib.

“Narkotiklərin, o cümlədən narkotik həblərin böyük axını narahatlıq doğurur. Narkotik cinayətkar dəstələr üçün əsas gəlir mənbəyidir və tələbat olduğu müddətcə qaçaqmalçılıq davam edəcək”, - deyə Gömrük Xidmətinin Baş direktorunun müavini Bodil Teylor bildirib.