İsveç rəsmi olaraq NATO-ya üzv oldu

İsveçin NATO-ya daxil olması haqqında protokol rəsmən qüvvəyə minib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.