İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, onlardan 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib.
İstanbul polisi saxta spirtli içki satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı ümumilikdə 19 şübhəli saxlanılıb.