İstanbulda bir tondan çox narkotik ələ keçirildi - FOTO

İstanbul Polisi Narkotiklərlə Mübarizə İdarəsi bu gün ümumi həcmi 1 ton 291 klioqram 505 qram narkotik ələ keçirib. İstanbulun rayonlarından birində, Arnavutköy ərazisində park edilmiş yük maşınında aşkarlanan narkotik 1 ton 153 klioqram 680 qram metamfetamin olub. Əməliyyat zamanı 3 şübhəli saxlanılıb.

Narkoqrup eləcə də Esenler və Eyüpsultanda təşkil etdikləri iki ayrı əməliyyatda 1 kilo 5 qram kokain, 136 kilo 820 qram narkotik hazırlanmasında istifadə olunan kimyəvi maddə ələ keçirdi.

İstanbul polis rəisi Salami Yıldız Vətən küçəsində yerləşən şəhərcikdə ələ keçirilən cinayətkar elementlərin sərgisini ziyarət edib və mətbuata açıqlama verib.

Yıldız əməliyyatlarla bağlı bunları deyib: "Bu əməliyyatlar zamanı ədliyyə orqanları tərəfindən 3 şübhəli saxlanılaraq həbs edilib. Bu əməliyyatlar bizə göstərir ki, narkotiklərlə mübarizədə nə qədər üsullar dəyişdirilsə də, heç bir güzəşt yoxdur. Daha əvvəl də qeyd etdiyimiz kimi, gəncliyimizin, gələcəyimizin oğurlanmasına imkan verməyəcəyik".  

Stopnarkotik.az

**