İstanbul polisindən narkotik əməliyyatı - 150 NƏFƏR SAXLANILDI

Türkiyənin İstanbul şəhərində polis narkotik maddələrin ticarəti ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.  

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat yayıb. 

Onun sözlərinə görə, həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin ticarətində şübhəli bilinən 150 nəfər saxlanılıb. Onlardan 386 kiloqram narkotik maddə götürülüb.