İsrail 28 səfirliyinin fəaliyyətini dayandırdı - İRAN TƏHLÜKƏSİ...

İsrail hakimiyyəti İrandan gələn təhlükəyə görə dünya üzrə 28 diplomatik missiyanın işini dayandırıb.

Bu barədə Sky news - Arabiya kanalı məlumat yayıb.

Qeyd olunub ki, İranın Dəməşqdəki konsulluğuna hücuma cavab tədbirləri görəcəyi ilə bağlı bəyanatlarından sonra İsrail dünya üzrə 28 diplomatik nümayəndəliyini bağlayıb.

Kan radiosu bildirib ki, İsrail Xarici İşlər Nazirliyi təhlükəsizlik rəsmiləri ilə məsləhətləşərək dünyadakı bir sıra səfirliklərini boşaltmağa qərar verib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İsrail ordusu bütün cəbhələrdə baş verə biləcək hər hansı inkişafa qarşı yüksək döyüş hazırlığındadır.

Xatırladaq ki, aprelin 1-də İsrailin Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbə endirib və nəticədə 13 nəfər ölüb.