İspaniya və Fransa polisindən əməliyyat: TONLARLA KOKAİN ƏLƏ KEÇİRİLDİ, İKİ AZƏRBAYCANLI SAXLANILDI

İki Azərbaycan vətəndaşı İstanbuldan Sierra Leoneyə yola düşən və narkotik maddələr daşıyan gəmidə saxlanılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 4 oktyabrda Atlantik okeanında Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə İspaniya və Fransa təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı təxminən 4 ton kokain ələ keçirilib. Əməliyyat zamanı 7-si Türkiyə, 2-si Azərbaycan, 1-i Hollandiya vətəndaşı olmaqla ümumilikdə 10 nəfər saxlanılıb.

Əlavə olunub ki, gəmi 28 iyulda İstanbuldan yola çıxıb. Gəminin Sierra Leonedən sonra Misirə getməsi planlaşdırılıbmış.