İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbirlər keçirildi - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli, Cülyan və Aşıqbayramlı kənd orta məktəblərində  “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 
Stopnarkotik.az xəbər verir ki, məktəblilərlə görüşlərdə çıxış edən polis əməkdaşları “ağ ölüm”ün fəsadları barədə onlara məlumat verib, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıblar.