İSMAYILLIDA ƏMƏLİYYAT: Vəzifəli şəxslər saxlanıldı

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Stopnarkotik.az xəbər verir ki, “Qafqazinfo” əməliyyatın bəzi detallarını öyrənə bilib.

Məlumata görə, Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdir.