İsmayıllıda 52 yaşlı kişi bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Abdurzaqov Cəmşid Rəşid oğlu kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.

Araşdırma zamanı məlum olub ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəmnində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisənin törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.