İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.