Müsavat Partiyasının yeni başqanı məlum olub.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. Səsvermədə qurultay nümayəndələrindən 275-i İsa Qəmbərin lehinə səs verib.
Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.
*** 10:56
Müsavat Partiyasının XI qurultayı keçirilir.
Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbərdir.
Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavatın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa namizədliklərini açıqlasalar da, İsa Qəmbər namizədliyini irəli sürdükdən sonra qurultaydan öncə onlar geri çəkiliblər.
Qurultayda partiyanın Məclis üzvləri də seçiləcək.