İrəvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvləri həbs edildi

İrəvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvləri həbs edilib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Müəyyən edilib ki, V.X. 2019-cu ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən cinayətkar qrup yaradaraq ona rəhbərlik edib. Buraya daha 5 nəfər daxildir.

Şübhəlilərin ofisinə baxış zamanı narkotik vasitələri, habelə əsginaslar (187,7 min avro, 46,5 min ABŞ dolları), qızıl əşyalar, medallar, 9,5 milyon dram dəyərində qiymətli daşlar aşkar edilib.

Qeyd edilib ki, qrupun 6 üzvü həbs edilib və onlara qarşı ittiham irəli sürülərək iş məhkəməyə göndərilib.