İRANDAN RUSİYAYA APARILAN BAHALI "BİBƏR" - Astara gömrüyündə 103 kq narkotik ələ keçdi / Foto

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

"Cənub-Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "bibər" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

**

**

**

Stopnarkotik.az