İrandan ölkəmizə 146 kiloqram marixuana keçirilməsinin qarşısı alınıb – 9 ƏMƏLİYYAT

Dövlət Sərhəd Xidməti (DSX) mart ayı ərzində 9 dəfə dövlət sərhədini pozaraq İrandan Azərbaycan ərazisinə külli miqdarda narkotik keçirməyə cəhd göstərən qaçaqmalçıların qarşısını alıb.

Stopnarkotik.az-ın araşdırmasına əsasən, bu zaman ümumilikdə 146 kiloqram 509 qram marixuana, 515 qram heroin, 2 kiloqram metamfetamin, 3 kiloqram 309 qram tiryək, 100 ədət metadon M-40 həbinin ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun:

**

Rəsmi məlumata əsasən, fevral ayında ümumilikdə 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Stopnarkotik.az