İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb.
Bu arədə “Jerusalem Post məlumat” yayıb.
İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.
***
İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb.
Xarici KİV-lər xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.
İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirir.
İran dövlət mediası İsrailə hücumu təsdiqləyib
İran İsrailə qarşı raket zərbələri endirir.
Bu barədə İran dövlət mediası məlumat yayıb.
***
İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.
“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.