İranın hərbi qurumu SEPAH dünyanın ən böyük narkoticarət şəbəkələrindən hesab olunur. Hansı ki, məhz narkotik ticarəti sayəsində ildə milyardlarla dollar qazanır və hazırda İranda əsas güc sahibidir. Həmçinin, SEPAH dünyanın cinayət şəbəkəsi ilə də əlaqəlidir.
SEPAH-ın İranda narkotik ticarətində liderliyini beynəlxalq təşkilatlar və KİV-lərdə dəfələrlə işıqlandırılıb. BMT-nin hesabatında da İran hökumətinin dünyanın ən böyük narkotik alverçisi olduğu bildirilib. ABŞ prezidentinin keçmiş müşaviri açıq şəkildə demişdi ki, İran SEPAH-ı narkotik qaçaqmalçılığı ilə Əfqanıstandan yararlanaraq, pul qazanmaq üçün istifadə edir: “Dünyanı zəhərləyirlər və bu pulları insanları öldürmək üçün terror qruplarına istifadə edirlər”.
Bu videoda isə İranın keçmiş hərbi komandirlərindən olan Möhsün Rezayi etiraf edir ki, İranda narkotiklərin tranziti hökumət rəsmilərinin əlindədir. Qeyd etmək lazımdır ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da SEPAH qaçaqmalçılarını “qardaşları” adlandırımışdı.
Stopnarkotik.az