İranda daha 4 məhbus dar ağacından asıldı

İranın Qərbi Azərbaycan əyalətinin Dehdəşt, Sınandaş (indiki adı Sənəndəc) və Saqqız şəhərlərində yerləşən həbsxanalarda 4 məhbus dar ağacından asılıb.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Məlumata görə, Dehdəşt zindanında məhbus 35 yaşlı Zəbihullah Ərcumənd, Sınandaş zindanında Xalid Ruhi və Sirus Heydəri edam edilib. Saqqız şəhərində edam olunan məhbusun kimliyi barədə isə dəqiq məlumat yayılmayıb.

BMT-nin İranda insan hüquqlarının pozulmasına dair hesabata əsasən, ötən illə müqayisədə ölkə üzrə edamların sayı 98 faiz artıb.