İranın mürtəce rejiminin dayaqlarından biri olan “Bəsic” qüvvələrinin formasını geyinmiş silahlı şəxslər Zahidan şəhərində “Sepəh Bank”ı soyublar.
Stopnarkotik.az xəbər verir ki, “Azad İran” teleqram-kanalı Zahidan şəhərinin polis idarəsinin rəisinə istinadən belə məlumat yayıb.
“Silahlı soyğunçular Zahidan namazxanasından 20 metr aralıda yerləşən “Sepəh Bank”ın filialına daxil olduqdan sonra kassadan 25 milyon tümən nağd pul oğurlayıblar. Oğurluq zamanı soyğunçuların atəş açması nəticəsində bank işçilərindən biri boğaz nahiyəsindən yaralanıb” – polis məmuru deyib.
Maraqlıdır ki, Zahidanda silahlı soyğunçuluq və etnik bəluçlara atəş açılması halları teokratik rejimin bu şəhərin giriş-çıxış nöqtələrində müşahidə kameraları quraşdırdığı və ciddi nəzarət-buraxılış məntəqələri qurması fonunda baş verir.