İran prezidenti Məsud Pezeşkiana İsrailə hücum başlamazdan əvvəl məlumat verilməyib.
Bu barədə “The New York Times” yazıb.
Nəşrin məlumatına görə, zərbələr ordu tərəfindən deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri tərəfindən endirilib.
NYT qeyd edir ki, bu, əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanmadan xəbər verir.
İsrailin xarici işlər naziri İsrael Katz İranın qırmızı xətti keçdiyini və hücumunun cavabsız qalmayacağını bildirib./musavat.com