İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən şiddətə məruz qalıblar.
Stopnarkotik.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Tehranın şimali Vətənpur küçəsində baş verib.
Baş verənlər küçədəki nəzarət kameraları tərəfindən qeydə alınıb. Kadrlarda 14 yaşlarında olan iki qızın hicaba görə əxlaq polisləri tərəfindən qəddarlıqla döyülməsi və maşına mindirilməsi əks olunub.
Qızlardan birinin anası Məryəm Abbasinin sözlərinə görə, həbs olunarkən qızının başı elektrik dirəyinə çırpılıb, həmçinin polis maşınına mindiriləndə orada zorakılığa məruz qalıb.