İntihar edən gənc bu universitetin tələbəsi imiş

Xəbər verdiyimiz kimi, yanvarın 7-də metronun “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

Stopnarkotik.az-ın "unikal"a istinadən məlumatına görə, intihar edən Saməddin Aslanov  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

O, ümumi fiziki hazırlıq ixtisası üzrə təhsil alırdı.

Qeyd edək ki, S.Aslanov Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.