İnterpol qətlə yetirilən 22 qadınla bağlı ictimaiyyətdən kömək istədi

Beynəlxaq Cinayət Polisi Təşkilatı (İnterpol) cinayət hadisəsi ilə bağlı ilk dəfə ictimaiyyətə müraicət edib.

İnterpol 1976-2019-cu illər ərzində 3 müxtəlif ölkədə qətlə yetirilən, lakin kimliyi məlum olmayan 22 qadının şəxsiyyətini müəyyənləşdirmək üçün ictimaiyyətdən kömək istəyib.

İnterpol rəsmi səhəfifəsində Hollandiya, Belçika və Almaniyada cinayətə qurban getmiş 22 qadının robot şəklinin fiziki göstəricilərini, geyim və aksesuarlarını paylaşıb.