İran hökumətinin muzdluları Güney Azərbaycanın Muğan (Parsabad) şəhərindən olan gənci “Instaqram”da canlı yayımda olarkən vəhşicəsinə döyüblər.
Hadisə dekabrın 9-da şənbə günü baş verib və azərbaycanlı gəncin evinə soxulan hökumət qüvvələri heç bir müqavimət göstərməməsinə baxmayaraq, onun başına və üzünə təpiklə vurublar, daha sonra onu qrup şəklində döyüblər.
Üzlərindən ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) məmurlarının olduğu aydın görünən bu video İranda qanunu və vətəndaşların hüquqlarını ən çox pozanların elə qanun keşikçiləri olmasını sübut edən faktdır.