İngiltərədə kanoe (kiçik ölçülü avarçəkmə gəmisi) fabrikində işləyən 54 yaşlı Alan Katteral faciəvi şəkildə ölüb.
Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Alan sobanın içini təmizləyərkən içəridə qapalı vəziyyətdə qalıb.
Onun içəridə olduğundan xəbərsiz olan iş yoldaşı peçi işə salıb. Səs-küyün çox olduğu fabrikdə Alanın kömək çağırışları eşidilməyib. O, 280 dərəcəyə çatan sobada ağrılar içində ölüb.
Alanın kömürləşmiş cəsədi sobadan çıxarılıb. Onun eyni fabrikdə işləyən həyat yoldaşı Pearl ərinin ölümündə fabriki günahlandırıb.
Firmanın texniki direktoru dəhşətli insidentlə bağlı sağlamlıq və təhlükəsizlik pozuntusunda təqsirli bilinib.