İndoneziyada 2 dekabrda vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.
Marapi vulkanı yaxınlığında itkin düşən sonuncu turistin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 23 nəfərə çatıb.
Xilasetmə xidməti bildirir ki, dəstənin qalan üzvləri – 52 nəfər təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.
Hazırda vulkanda aktivlik davam edir. 3 gün ərzində 5 güclü püskürmə qeydə alınıb.