İmran Xan azadlığa buraxıldı - GİROV MÜQABİLİNDƏ...

İslamabad Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.