İmişlidə pirotexniki vasitələr satan şəxslər saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.İbişov, T.Məmmədov və İ.Nuralıyev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.